“Çoxlu zənglər olur. Vətəndaşlarımız panika, qorxu səbəbindən Rusiyadan ayrılmaq istəyir”.
“AzPolitika” xəbər verir ki, bunu Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin sözçüsü deyib. O, bildirib ki, “Krokus Siti Holl”da baş verən terror aktından sonra Rusiyadan əmək miqrantlarının kütləvi axını qeydə alınır.
Rusiya iqtisadiyyatında 5 milyon nəfərə çatan işçi qüvvəsi çatışmazlığı əmək miqrantlarının xaricə axını səbəbindən daha da güclənə bilər. Rusiya Milli İnşaatçılar Assosiasiyasının (NOSTROY) prezidenti Anton Qluşkov “İnterfaks”-a bildirib ki, 2023-cü ildə tikinti sənayesində kadr çatışmazlığı 2022-ci illə müqayisədə 36% artıb.
Tacikistanın Əmək Nazirliyi Rusiya Federasiyasından miqrant axınının müvəqqəti hal olduğunu və dayanacağını gözləyir.
Qırğızıstan və Özbəkistan hökumətləri bu həftə öz vətəndaşlarını zərurət olmadıqca Rusiyaya getməməyə çağırıb.
“AzPolitika.info”


Şərhlər