Menu

SEPAH-ın generalı Suriyada öldürülüb

01.04.2024, 19:50
SEPAH-ın generalı Suriyada öldürülüb

SEPAH-ın yüksək rütbəli generalı İsrailin Suriyaya hava hücumunda öldürülüb

APA xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik mənbəsinə istinadən məlumat verib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi hava zərbə nəticəsində öldürülüb.

Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol