“Putin və Lukaşenkodan gələn təhlükədən qorunmalıyıq” - Avropa İttifaqı Lukaşenkoya cavab verdi

“Avropa İttifaqı aqressiv blok deyil. Avropada hərbi təhlükə Rusiya və Belarusun hazırkı liderlərindən gəlir”.

“AzPolitika” xəbər verir ki, bunu Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik üzrə sözçüsü Peter Stano Brüsseldə keçirdiyi brifinqdə deyib.

Stano Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin müharibəyə hazırlaşması ilə bağlı bəyanatını şərh edib: "Avropa İttifaqı müharibə şəraitində deyil. Ona görə də əlbəttə ki, heç kimin Avropa İttifaqından qorxması lazım deyil - yalnız beynəlxalq qaydalara, demokratiyaya və insan haqlarına hörməti pozmağa çalışanlardan başqa".

Onun sözlərinə görə, əksinə, Aİ şərqdən gələn təhlükəyə cavab verməyə məcbur durumdadır: "Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün ilk günündən ehtiyat tədbirləri görürük. Biz çalışırıq ki, Avropa Lukaşenko və Putin kimi insanlardan gələn bütün təhlükələrə qarşı daha yaxşı hazır olsun".

Stano xatırladıb ki, Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti hesab etmir, çünki o, 2020-ci ildə keçirilən prezident seçkilərinin nəticələrini saxtalaşdırıb. Stano həmçinin Belarus başçısını Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin ortağı adlandırıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Mubariz 2024-04-02 19:24:56

ümumiyyətlə avropada nə demokratiya nədə ki legitim prezdent var hamsl amerikanın təlxəkləridi

Son yazılar