Qırğızıstanda xaricdən maliyyələşən QHT-lərə nəzarət gücləndirilir - Qanun qəbul edildi

Qırğızıstan Prezidenti Sadır Japarov "Xarici nümayəndələr haqqında" qanunu imzalayıb. O, bu barədə “facebook” səhifəsində məlumat verib.

“AzPolitika” xəbər verir ki, sözgedən qanunun Rusiyanın "Xarici agentlər haqqında" qanunu əsasında hazırlandığı bildirilir.

Japarovun sözlərinə görə, yerli qeyri-hökumət təşkilatları (QHT) və onların xarici tərəfdaşları "xarici dövlətin agenti kimi" təqib olunmaqdan qorxub ondan bu qanunu imzalamamağı xahiş ediblər.

O bildirib ki, bu, yalandır və qanunun qəbulu aşkarlığın artırılması üçün lazımdır.

"Dövlət başçısı kimi təqiblərin olmayacağına zəmanət verirəm. Biz nüvə ölkəsi deyilik. Biz hələ kosmosa uçmaq fikrində deyilik. Dövlətimizin sizdən və donorlarınızdan gizlədilməli heç bir sirri yoxdur", - Japarov yazıb.

Sənədə əsasən, xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan QHT-lər "xarici nümayəndə" elan edilərək xüsusi reyestrə salınacaq.

Belə QHT-lərdən Qırğızıstan hökumətinə əlavə hesabatlar vermələri tələb olunacaq, onlar plandankənar yoxlamalara məruz qala biləcəklər. Bundan əlavə, "xarici nümayəndələr" öz nəşrlərini Rusiyadakına oxşar işarə ilə müşayiət etməli olacaqlar.

Qanunun zərurətini əsaslandıran onun əsas dəstəkçisi deputat Nadira Narmatova bildirib ki, QHT-lər hər il layihələri üçün qrant alırlar, lakin onları nəyə xərclədikləri barədə hesabat vermirlər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar