Qəzzaya dəyən ziyanın həcmi açıqlanıb

Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin oktyabrından bu ilin yanvarına kimi Qəzza zolağının infrastrukturuna dəyən ziyanı 18,5 milyard dollar olaraq qiymətləndirib.

APA xəbər verir ki, bu barədə iki qurumun birgə hazırladığı hesabatda məlumat yer alıb.

Sənəddə qeyd olunub ki, dörd ay ərzində dəymiş ziyan Fələstinin 2022-ci il üçün ÜDM-nin 97%-nə bərabərdir.

Ziyanın beşdə dörddən çoxu yaşayış binalarında (ümumi məbləğin 72%-i) və ticarət, sənaye və xidmət sahələrində (ümumi məbləğin 9%-i), qalan 19%-i isə təhsil, su təchizatı və kanalizasiya, səhiyyə, enerji, informasiya və kommunikasiya texnologiyaları, kommunal xidmətlər və nəqliyyat sahələrinə dəyib. Ümumi zərərin demək olar ki, 80%-i Qəzza, Şimali Qəzza və Xan Yunis əyalətlərinə dəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar