Menu

Kirkorov “xalq artisti” adından məhrum edilə bilər - “Sənəd Putinə göndərilib”

03.04.2024, 15:57
Kirkorov “xalq artisti” adından məhrum edilə bilər - “Sənəd Putinə göndərilib”

Bir müddət əvvəl tanınmış rusiyalı müğənni Filipp Kirkorovun “Rusiya Federasiyasının xalq artisti” titulundan məhrum edilməsi ilə bağlı tələblər səsləndirilmişdi. 

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Kirkorovun fəxri adının ləğvi ilə bağlı işlər irəliləyib və müvafiq sənəd imzalanmaq üçün artıq Vladimir Putinə göndərilib. 

Bu, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodinin təşəbbüsü ilə baş verib. Borodin hesab edir ki, Kirkorov ruslara hörmət etmir və onun hərəkətləri “xalq artisti” adına uyğun gəlmir: “Kirkorovla bağlı hər şey hazırdır. Bu gün biz prezidentə ünvanlanmış petisiyamızı göndəririk. Onun Rusiyanın xalq artisti titulundan məhrum edilməsi üçün 100 minə yaxın imza toplanıb. Söz verdiyimiz kimi, bunu da etdik. İştirak edən hər kəsə təşəkkürlər. Ümid edirəm ki, vətəndaşların səsi nəzərə alınacaq və eşidiləcək”.

Xatırladaq ki, Kremlin Ukraynadakı işğalçılıq müharibəsini dəstəkləyən Kirkorovun da daxil olduğu bir qrup şou-biznes təmsilçisinin demək olar, çılpaq şəkildə poz verdiyi videogörüntülər yayılandan sonra həmin şəxslərə qarşı böyük kampaniya başlanmışdı. Kirkorov buna görə rəsmən üzr istəsə də, bir müddət Rusiyada onun konsertlərinə qadağa qoyulmuşdu.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol