Ötən il Naxçıvan Muxtar Respublikası üzrə qeydə alınan bəzi statistik göstəricilər əvvəlki illə müqayisədə kəskin şəkildə azalıb.
"AzPolitika.info" "Hurriyyet.az"a istinadla xəbər verir ki, əsas sosial iqtisadi göstəricilərdən biri olan muzdlu işçilərin sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 3 dəfədən çox azalıb.
Belə ki, ötən il Naxçıvanda özəl sektorda çalışan muzdlu işçilərin sayı 2022-ci ildə qeydə alınan 72,6 mindən 23,2 min nəfərə düşüb.
Son 2 ildə Naxçıvan Muxtar Respublikasında kəskin azalmanın qeydə alındığı bəzi statistik göstəriciləri təqdim edirik:


Məlumat üçün onu da bildirək ki, yuxarıda qeyd olunan sosial iqtisadi göstəricilərdən fərqli olaraq Naxçıvan Muxtar Respublikasında qeydə alınan cinayətlərin sayı kəskin artıb.
Aşağıdakı cədvəldə Naxçıvanda qeydə alınan cinayətlərin son 2 ildəki sayı göstərilib:

Onu da qeyd edək ki, 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov 2022-ci ilin dekabr ayının 21-də tutduğu vəzifədən istefa verib.

Şərhlər
Bunu saytın gündəmində saxlamağın nə mənası var7Guya ona qarşı hakimiyyət ı nəsə etmək düşünür?
Siz Talıbovdan yazırsınız,o isə Sizə gülür.
Siz bilmirsiniz ki,bu adam.... Başqa birisi olsa idi onu bu qədər əməllər etməyə qoyardılar?Nİyə ona da başqaları kimi həbc.digər məhdudiyyətlər tətbiq edilmir?T
,Bəs Azərbaycan Statistika Komitəsinin inflyasoya.əhali sayı ilə bağlı rəqəmlərini niyə yoxlayan olmur?Elə hey yalan yazırlar
Vasif Talıbov Azərbaycan Dövlətinin düşmənidir...görün rəqəmlərin başına nə oyun açdırırmış, sosial-iqtisadi göstəriciləri, ortalama 3.1 dəfə artırıb, investisiya, tikinti, heyvanat sayı və s. bir neçə dəfə artırıb, cinayət saylarını da ortalama 6.6 dəfə azaldıb. Belə çıxır ki, Vasifdən sonrakı bir il ərzində camaatı kütləvi işdən qovublar, heyvanatı kəsib yeyiblər və əhali də kütləvi cinayətkarlığa meyllənib. Bir sözlə istənilən bir şəxs, Dövlətçiliyə qarşıdırsa onun bədəlini ödəməlidir.