Menu

Xankəndidə silah və sursat aşkarlanıb

08.04.2024, 10:02
Xankəndidə silah və sursat aşkarlanıb

Həftəsonu Xankəndi şəhərində 12 silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, aprelin 6-da və 7-də Xankəndidən 10 ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, bir tüfəng, 18 qumbara, 19 alışdırıcı, üç trotil, 57 patron darağı, 4 467 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

Bundan başqa, həftəsonu paytaxt və respublikanın ayrı-ayrı rayonlarında dörd tüfəng və 17 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər çərçivəsində aprelin 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bir tapança, bir tüfəng, bir patron darağı və səkkiz ədəd patron aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol