Menu

Cahangir Əsgərov daha bir vəzifədən azad edilib

08.04.2024, 20:12
Cahangir Əsgərov daha bir vəzifədən azad edilib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov daha bir vəzifədən azad edilib.

Modern.az xəbər verir ki, bir neçə ildir Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutan C.Əsgərov bu yaxınlarda təhsil ocağındakı vəzifəsini itirib.

Cahangir Əsgərovun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb. Belə ki, saytda hazırda Avianəqliyyat istehsalatı kafedrasının müdirinin texnika üzrə fəlsəfə doktoru, dosent Elman Nəcəfov olduğu bildirilib.

Qeyd edək ki, bu kafedranın daxil olduğu Nəqliyyat texnologiyaları fakültəsinin dekanı vəzifəsini Nazim Nağıyev icra edir. N.Nağıyev Bakının Səbail və Binəqədi rayonlarının sabiq polis rəisi işləyib, istefada olan polkovnikdir.

AZAL-ın keçmiş sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına 2023-cü sentyabrın 1-də son qoyulub. O, ölkə başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin sədri idi. 27 il AZAL-a rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.

Şərhlər

dadaşyev 2024-04-08 13:02:32

74 yaşı var,bir az da açıq havada,dəniz kənarında-filanda gəzməklə məşğul olsun da.Bu yaşda da mütləq kabinetdə oturmalıdırlar?Aaaa!Bu nə kabinet xəstəliyidi bizdə ki,pensiya yaşı çoxdan ötsə də heç kim özü könüllü olaraq kabinetini tərk etmək istəmir.Gərək mütləq yuxarıdan çıxartsınlar işdən.Hamı da sönmək bilməyən kabinet hərisiliyini gzizləmək üçün yaxşı söz tapıb,o saat deyirlər" Məni bu vəzifəyə prezidentimiz qoyub,nə vaxt lazım bilsə o özü işdən azad edəcək".Yəni guya pensiya yaşları çatdımı,özləri ərizə yazıb çıxasıymışlar,amma olmaz yəni.Hətta pensiyaya neçə gün qalıb,onu da sayırmışlar əllərini sevinclə ovuşdura-ovuşdura.Amma təəssüf ki qoymadılar.Təəssüf ki davam eləmək lazım imiş istəməsək də.Nağayraq?Çəkək bu zəhməti nə qədər ağır olsa da.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol