Menu

“Paşinyan Ermənistanı çəkiclə zindan arasında qoyub” – Erməni deputat

08.04.2024, 19:16
“Paşinyan Ermənistanı çəkiclə zindan arasında qoyub” – Erməni deputat

“Aİ və ABŞ-nin Ermənistana vəd etdiyi məbləğ ildə 80 milyon avrodan azdır. Bu da bu hakimiyyətin Brüsselə getməzdən əvvəl vəd etdiyi iqtisadi bumu təmin etmək üçün əhəmiyyətsizdir”.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, parlamentin “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan belə deyib.

“Bu ilin əvvəlindən Ermənistan hakimiyyəti ötən illə müqayisədə xarici borcu iki dəfədın çox artırıb. Beləliklə, nəticə və gözləntilərimiz heç bir şəkildə bir-birinə uyğun gəlmədi”, - o, əlavə edib.

Deputat xatırladır ki, 2021-ci ilin iyul ayında Aİ 2,6 milyard avro, digər tərəfdaşlar da təxminən eyni məbləği verəcəyini vəd etmişdi: “ABŞ-nin dəstəyi hələ 1990-cı illərdəkindən çox olmasa da, təxminən 100 milyon dollar təşkil edirdi. Alıcılıq qabiliyyəti fərqinə baxsanız, indiki pulla 200 milyonu keçir. Ona görə də nəsə səhv gedir. Düşünürəm ki, Ermənistan qarşısında daha yüksək şərtlər qoyulmuşdu və Paşinyan vəziyyəti dəyərləndirərək yəqin ki, onun öhdəsindən gələ bilməyəcəyini anladı. Paşinyanın siyasəti nəticəsində çəkiclə zindan arasında qaldıq. Bura Azərbaycan-Türkiyə təhlükəsini də əlavə edin”.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-04-08 23:57:42

Paşinyan ermənistanı çəkiclə zindan arasına yox,əndamla paz arasındakı İohann Göte yerinə qoyub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol