Menu

Bakıda bu klinika bağlandı - Ölüm faktı qeydə alınmışdı

09.04.2024, 10:35
Bakıda bu klinika bağlandı - Ölüm faktı qeydə alınmışdı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı, 55 plandankənar yoxlama və 8 araşdırma keçirib, bir klinikanın lisenziyası dayandırılıb.

Mərkəzdən verilən məlumata görə, yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib.

Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmamsı səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, bu ilin əvvəlində sözügedən klinika ölüm faktı ilə əlaqədar gündəmə gəlmişdi. Pasiyentin “Mediacare” klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmaya başlanılmışdı.

Qeyd edək ki, “Medicare” klinikası Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 5 ünvanında yerləşir.

Şərhlər

Vətəndaş 2024-04-09 11:00:57

Özəl klinikaların faliyytinə ciddi nəzarət edilmədiyindən psixiatr nevropoyoloq,terapevt-cərrah,
nivə bu kimi halların nəticısində insanların sağlamlığına ağır aərbə vuruur.Səhiyyənin ikili idarəsisə bu vəziyyəti daha da çıxılmaza salır.Tibb acınacaqlı hala satdırılıbHəm təsadüfi həkimlət,hm dərman sahəsondəki biabırçılıq nəzarətdən knar qalıb..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol