Menu

BAŞ NAZİR İCLAS KEÇİRDİ - Nələr müzakirə olundu?

09.04.2024, 20:21
BAŞ NAZİR İCLAS KEÇİRDİ - Nələr müzakirə olundu?

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən pul siyasətinin əsas istiqamətləri, bank və sığorta sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyi, torpaqlardan səmərəli istifadənin və aqrar ixracın cari vəziyyəti, 2024-2030-cu illər üzrə çağırışlar və hədəflər, islam maliyyəsi (bankçılığı) ilə bağlı görüləcək işlər, Gömrük Rəsmiləşdirilməsi Platformasında süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sisteminin tətbiqi barədə və digər cari məsələlər geniş müzakirə olunub.

İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Şərhlər

Bayram 2024-04-10 11:30:18

Bu .şərhləri Baş nazor oxusa özünə hörməti qalıbsa yəqin özünü asıb intihar edər.'

Energetik 2024-04-10 01:25:27

Ağır çəkili M.Cabbarov iştirak etməyib, demək iclas statistik xarakterli olub.

ƏNHU 2024-04-09 23:32:10

Bu adamı ciddiyə almaq mümkün deyil. heç bir xüsusi çəkisi yoxdur.Mən nazir olsaydım onun iclasında iştirak etməzdim.

raul mahmud 2024-04-09 21:19:02

Bicininin bashlamagina sayli gunler qalir.Kend teserrufati naziri kend teserrufatindan bashqa her sheyden danishir. yeqin sub ye qurtarib.

Müfəttiş 2024-04-09 18:46:26

Allah xeyirə calasın. Adətən bu kişi qəflətən peyda olanda vətəndaşların ciblərinin ziyanina nəsə bir plan qurulur

Məstan 2024-04-09 13:07:53

Bu yığınca]ğın bir faydalı.əhalinin gözlədiyi bit qərarı olubmu7Oşlbsa niyə yazıda əks olunmur.Yox belə nəticəsiz və mənasız toplantının jeçirilməsi guya Baş Nazir işləyir deməkdir? baş nazir yəqin özü də bilir ki, artıq maaş alır ....Niyə Təqaüdə getmir?Guya ona ehtiyac var?Axı bunlar kənardan görünür.

Mürvət 2024-04-09 10:51:55

Guya bu iclasın bir mənası,bir nəticəsi olub?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol