Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Krasnoqorovka şəhərini işğal edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Almaniyanın “BILD” nəşrinin analitiki Yulian Röpke məlumat yayıb.
“Bunun əksi sübut olunana qədər biz güman etməliyik ki, Rusiya hazırda dəmiryol relslərinin cənubunda və şimalındakı bir neçə yaşayış məntəqəsini işğal edib”, - deyə Röpke qeyd edib.
Qeyd edək ki, müharibədən əvvəl şəhərdə 15 minə yaxın insan yaşayırdı.
“AzPolitika.info”


Şərhlər