Menu

İki dəfə SSRİ Qəhrəmanı adını alan kosmonavt Vladimir Aksenov vəfat edib

09.04.2024, 21:21
İki dəfə SSRİ Qəhrəmanı adını alan kosmonavt Vladimir Aksenov vəfat edib

Sovet pilot-kosmonavtı, iki dəfə SSRİ Qəhrəmanı adını alan Vladimir Aksenov vəfat edib.

APA xəbər verir ki, bu barədə “Roskosmos” dövlət korporasiyasının "Telegram" kanalında məlumat verilib.

Aksenov “Soyuz-22” və “Soyuz T-2” kosmik gəmilərində göyərtə mühəndisi olub.

O, ilk uçuşunu 1976-cı ildə edib.

Astronavt 90 yaşında dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol