“Ermənistan və ABŞ erməni tərəfinə zirehli təcili yardım maşınlarının tədarükü məsələsini müzakirə edirlər”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn bildirib.
Onun sözlərinə görə, tərəflər Ermənistanın hərbi sahədə ehtiyaclarını müzakirə edir və artıq bir sıra məsələlər üzrə razılığa gəliblər. Səfir Ermənistanın münaqişə zonalarında istifadə oluna bilən zirehli təcili yardım maşınlarının tədarükü ilə bağlı müraciətini xüsusi qeyd edib.
"Biz artıq bu məsələdə irəliləyəcəyimiz barədə razılığa gəldik və indi bu yardımı göstərə bilməmiz üçün onu həyata keçirmək yolları üzərində işləyirik", - diplomat vurğulayıb.
Səfirin sözlərinə görə, ABŞ və Ermənistan təhlükəsizlik və müdafiə sahəsi ilə bağlı çox fəal və mənalı müzakirələr aparır. O, həmçinin bildirib ki, ABŞ “xüsusilə İrəvanın sülhməramlılıq və digər sülh təşəbbüsləri kimi məsələlərdə iştirakını genişləndirməkdə maraqlı olduğuna görə” Ermənistan Müdafiə Nazirliyinə yardım etmək üçün müşavir təyin edəcək.
“AzPolitika.info”


Şərhlər
Gürcüstana birdəfəlik bildiriməlidirki, hərbi təyinatlı yüklərin Ermənistana tranziti bizim üçün qırmızı xəttdir. Yoxsa çox şeyin qiyməti qalxacaq.
Deyir :”Qarı döyülüb ,qapı örtülüb”,Ermenistana bu maşınlar44 günlük müharibede kazım
idi indi artıq gecdir.Yene de ermeni herbiçilee teyib içmeye gedende bu maşınlardan istifade ederler.Bu ABŞ ara qatmaqda dünyada 1- ci yerdedir neceki Ukraynanı it gününe qoydu bı karı da o güne salar yeqin.