Menu

ABŞ Ukraynanın HHM sistemlərini modernləşdirir - Saziş imzalanıb

12.04.2024, 10:26
ABŞ Ukraynanın HHM sistemlərini modernləşdirir - Saziş imzalanıb

ABŞ hava hücumundan müdafiə sistemlərinin (HHM) modernləşdirilməsi üçün Ukraynaya 138 milyon dollar göndərəcək.

APA xəbər verir ki, bu barədə aprelin 11-də Amerikanın Kiyevdəki səfiri Bridcet Brink məlumat verib.

“Bu gün biz kritik hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün Ukraynaya 138 milyon dollar ayrılması haqqında saziş imzaladıq”, - səfir “X” sosial şəbəkəsində yazıb.

Brink onu da qeyd edib ki, bu maliyyə Ukraynanın enerji sisteminə davamlı hücumlar qarşısında hava hücumundan müdafiə sisteminin yaxşı işləməsinə kömək edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol