Menu

Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb - Ölənlər var

12.04.2024, 19:29
Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb - Ölənlər var

Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb, ölənlər var.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə alınıb. “Ural” markalı yük avtomobili naməlum şəraitdə yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol