Bakıda torpağın bir sotunun yarım milyon manata satıldığı ərazilər var.
"AzPolitika.info" xəbər verir ki, bu barədə ''Xəzər TV''-də məlumat verilib.
Ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının mərkəzə doğru hissələrindədir.
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda həmin ərazilərdə, xüsusilə yol kənarlarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq sahələrinin qiyməti kəskin artmaqdadır.
Bununla belə, Bakıətrafı kənd və qəsəbələrdə, həmçinin Abşeron ərazisində kifayət qədər ucuz qiymətə satışa çıxarılan ərazilər də var. Sözügedən ərazilərdə torpaqların qiymətləri iki min manatdan başlayır, 20 min manata qədər təklif edilir. Belə torpaq sahələrini əsasən Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ rayonlarında tapmaq mümkündür.
Qeyd edilib ki, yaxın illər ərzində torpaq sahələrinin ucuzlaşacağı gözlənilmir. Əksinə, ildən-ilə qiymətlər yüksəlir.
Ətraflı süjetdə:

Şərhlər
Bu qitymət kimlər üçündür?Deməli Baklda yaşamaq üçün ev tikmək istəyən adi vətəndaşın yolu birdəfəlik bağlanıb.Bu rəqəmi adi vəəndaşa aid deyi.Bu Rüşcvətxor və korrupsionerlərin şəhəri zəbt etməsi üçündür.Hakimiyyət bu məsələyə necə baxır?Elə bilirlər ki,xalq firavan yaşayır hələ milyonlarla pula torpaq alır?
Bashdari itibeee 500 mine 1 sot ? xestedileree
Bashdari itibeee 500 mine 1 sot ? xestedileree
Türkiyədə şou-biznes var,bizdə isə müğənnilər nə qədər soyunub lüt qalsalar da şou-biznes deyə bir şey olammadı.Nə ədəbiyyato-biznes,nə heykəltəraşo-biznes,nə rəssamo-biznes,nə teatro-biznes,nə alitəhsilo-biznes,heç nə olmadı.Olan bircə biznesdi: torpağo-biznes.Bələdiyyələr o biznesi cilalandırmaq üçün yaradıldı.O üzdən torpağo-biznes əvəzinə bələdiyyəo-biznes də demək olar.Adə sat ee.Satmışıq,satırıq,satacağıq.Yuli Sezardan məşhur kəlam var:gəldim,gördüm,qalib gəldim.Onu o vaxt Romadan gətirib Baksovetə qoysaydılar,Romaya senata yazardı ki "Gəldim,gördüm,satdım".
Caniklər də day lap ağını çıxarıblar haa.Bakının mərkəzi hissələrində torpaq və ev qiymətləri loxotrondu,o qiymətlərə aldananlar loxdu.500 minə torpaq olar?Yəni 300 min dollara bir sot.Gedib Praqada,Budapeştdə,Ankarada bundan on qat ucuz alar da ağlı başında olan adam.Spisatdan ciblərə axan milyardlardı daa,elələri üçün milyon manat semiçka kimidi.Vəzifədə olanlar boşuna dördəlli yapışmırlar ki kreslolarından yüz yaşa çatanda da.Kabinet var,kreslo var,demək spisat eləməli milyardlar da var.Pensiyaya çıxıb neyniyəcək?
Sahə ölçüsündə sot adlı ölçü vahidi yoxdur.Ha-hektar, ar-yüzdə bir hektar.Sot sözü isə urus dilindəki odno sotaya qektara sözündən götürülüb.