Menu

İranın aviazərbələri nəticəsində İsraildə iki hərbi baza işini dayandırıb

15.04.2024, 20:02
İranın aviazərbələri nəticəsində İsraildə iki hərbi baza işini dayandırıb

İranın İsrailə endirdiyi raket zərbələri iki hərbi aviabazanın işini dayandırıb.

APA-nın “ABC News”a istinadən xəbərinə görə, sözügedən obyektlərə ümumilikdə doqquz ədəd raket atılıb.

Nəticədə “Nevatim” aviabazasındakı təyyarələrdən biri, uçuş-enmə zolağı, habelə anbar sıradan çıxarılıb. Raketlərin bir qismi isə “Nehev” bazasına düşüb.

Hadisə zamanı hərbi obyektə ciddi ziyan dəymədiyi bildirilsə də, onların fəaliyyəti müvəqqəti dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol