Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
APA xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktın elan edib.
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərov vəzifədə çalışdığı 2016-2022-ci illər ərzində digər şəxslərlə əlbir olaraq mənimsəmə yolu ilə dövlət büdcəsini talayıblar.
Dövlət Gömrük Komitəsində, eyni zamanda Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifəsində çalışmış Rafael Əliyev 2016-2020-ci illər ərzində digər şəxslərlə əlbir olaraq nağd qaydada dövlət büdcə vəsaitlərini mənimsəyib.
2020-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayınadək maliyyə naziri kimi fəaliyyət göstərən R.Əliyev digərləri ilə əlbir olaraq şişirdilmiş qiymətlərlə hesablara köçürülən pul vəsaitlərini nağdlaşdırma yolu ilə talayıb.
Həmçinin, nazirlikdə çalışan bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, əmək haqqlarına əlavələr edilərək külli miqdarda büdcə vəsaitləri də israf edilib.
Məhkəmədə çıxış edən təqsirləndirilən Mənsur Əsgərov bildirib ki, o, 2001-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb:
"Ümumi qayda belə olub, o vaxtdan belə görmüşəm. Pullar yük və sərnişin xətlərindən yığılıb. 2009-2010-cu illərdə gömrükdə TIR proqramı yaradılıb. Proseslərdə pullar vəzifəli şəxslər - idarə rəisləri tərəfindən yığılıb maliyyə şöbəsinə verilirdi, proqramla eyniləşdirmə aparıldıqdan sonra pulları komitə sədrinə verirdik".
M.Əsgərov qeyd edib ki, 2020-ci ildə komitə sədri Səhhət Həbibbəyli onu qəbul edib:
"Yeni təyinat aldıqdan sonra komitə sədri məni qəbul etdi və dedi ki, yığılan pullar gətirilib bura veriləcək. Ona qədər çalışdığım yerlərdə 400-500 manat paket alırdım. Komitəyə getdikdən sonra, yəni tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə 3000 manat paket aldım. Toplanan pullardan mənə heç nə verilmirdi, ümumi qayda olaraq komitə sədrinə verilirdi, özü pulları otağında təhvil alırdı. Şəxsən özüm verirdim və başqa adam olmurdu. Pullar dollar və manatla yığılırdı. Daha sonra manatla olan pulları dollara dəyişirdik. Pulları otaqda düzəldib, qutuya yığıb şəxsən aparıb komitə sədri Səhhət Həbibbəyliyə verirdim".
Mənsur Əsgərov etdiyi bu hərəkətdən peşman olduğunu bildirib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Rəfael Əliyev qeyd edib ki, o, gömrük xidmətinə 2009-cu ildə qəbul olunub. 2011-ci ildən isə maliyyə şöbəsinin rəisi olub:
"Ödənişlər iki istiqamətdə - sərnişin və yük üzrə aparılıb. Toplanan ödənişlər sərnişin və yük şöbələrinin rəisləri verilib, onlar isə pulu idarə rəislərinə verirdilər. 2016-cı ilədək yığılan pullar idarə rəisləri tərəfindən birbaşa komitə sədri Asəf Məmmədovun özünə verilirdi. 2017-ci ilin mart-aprel aylarından isə A.Məmmədov tapşırıq verdi ki, vəsaitlər mənə yox, maliyyə şöbəsinin rəisinə verilsin. Verilən manat və dollarları mən də eyniləşdirmə aparıb, manatları dollar edib komitə sədrinə verirdim. Sonradan komitə sədri idarə rəislərini yenidən yanına çağırırdı. Ümumiyyətlə, TIR proqramı 2009-2010-cu illərdə yaradılıb. Bu proqramın yaradilması təşəbbüsü Səhhət Həbibbəyliyə məxsusdur".
Rafael Əliyev bildirib ki, o, gömrük komitəsindən çalışdığı vaxt hər ay 1500 AZN paket alıb.
R.Əliyev qeyd edib ki, maliyyə naziri kimi fəaliyyətə başlayarkən, qurumlarda şişirdilmiş qiymətləri görüb və o, həmin qurumdan məbləğin 10 faizi alıb. Keçmiş maliyyə naziri bildirib ki, bəzi işçilər ondan öncəki dövrdə işə qəbul olunub və dövlət qulluqçusu olmadan onlara ödənilən vəsaitlər əvvələr də olub.
Dövlət ittihamçısının "Maliyyə naziri kimi nə qədər paket alırdız?" sualına Rafael Əliyev cavabı belə olub: "2300 manat maaşım idi. Hər ay isə 15 min manat paket alırdım".
Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.
Məhkəmə prosesi mayın 2-də davam etdiriləcək.
Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

Şərhlər
Bu qeydlərimin mövzuya dəxli olmasa da, deyirəm. Təqaüdlər, yəni pensiyalar arasında nə üçün fərq bəzən 5-10 dəfə deyil, hətda 20-50 dəfəyəcən olur. Birisi 200-300 alır və dava-dərmanına çatmır, o birisi 2-3 min və bəzən 5-10 min alır, xan kefində yaşayır. Deyəcəklər ki, pensiya fonduna ödəyib indi də alır, bəs bu birisinin həmən fonda ödəyə bilməməsi nə ilə bağlıdır??? Bəyənmədiyimiz Sovet quruluşunda minimal və maksimal pensiyalar arasında nisbət heç 2 dəfə də deyildi 70 və 120 manat...Bax sosial ədalət bu idi. Gəlib 65 yaşa çatıbsa ömründən 5-3 il qalıb-qalmayıb nə üçün biri yenə də sürünməli, o biri kurortları gəzməlidir???
Paket Vergidən yayınan pullar hesabına əmələ gəlir ! Bu gün Səhmdar Cəmiyyətin səhmdarları qanuni dividentdən məhrum olunublar, çünki gəlirin 85%-i hesaba daxil olunmur, birbaşa cibe gedir , aidiyyatı qurumların isə yoxlama apara bilməməsidir. Şəki Bazarında ildə 1 milyon manat gəlir olmasına baxmayaraq, iuldə 185 min manat gəlir göstərilir, oda əmək haqqı xərcinə silinir və bu səbəbli səhmdarlar dividentsiz qalrırlar !
Vallah mən bir şeyi heş cürə qana bilmirəm. Necə olur ki, bir işçiyə 1 dərəcə artıq pul hesablayıb (20-25 manat) verəndə hesablama palatası az qalır dünyanı dağıda.. Ancaq 15 min manat paketlə heç maraqlanmır? Bunu bilən varsa xahiş edirəm ki, məni də başa salsın.
Arxayın ola bilərsən ki, Azərbaycanda Qanun ölüb , dəfn edilib, hec bas dasi da qoyulmayib ki birden gedib qazib cirib getirerler. İsanin oğlu sehete hec mikkk da eleyen tapilmaz. bu olkede pul, qadin ve emlak her seyden irelidir. indiye kimi Naxcivanla bağlı mehkeme proseslerinde sahidlerin ifadelerine fikir vermisen? her bir sahid ayrica bir cinayetkardir, cinayetde istirakcidir ve her biri muhakime edilmelidir. Lakin qanun torpagiin altinda olduguna gore onlara sual verecek hakimin dili bağlıdır. beli qara gun qabaqdan gelir, neyimiz varsa hamisini itireceyik eger konstitusiya ve qanun dirilmese. Kİİİİ dirilmeyecek
O YIGILAN PULLAR PRIMITIV ((MEŞE QANUNU ))) QAYDADA HARA GEDIRDI YAXŞI BILIRSIIZ..........BAX BELE YAZZZIG ÖLKEDEYIK.....
Ola bilər ki, Azpolitika bu şərhimə qadağa qoya. Bir Allah şahiddir ki, belə idarəetmə olmur. Atası İsa Həbibbəyli yaxşı kişidir, lakin bu o anlama gəlməməlidir ki, oğlu korrupsiya əməllərində ittiham olunur və cəzasız qalır. Belə hal cəngəllikdə də mümkün deyil. Sinqapurun keçmiş Baş naziri Li Kuan Yu korrupsiya əməllərinə görə hətta öz qohum-əqrabasını, yaxın dostlarını zindana göndərdi. Ona görə bu gün Sinqapur dünyanın ən korrupsiyaya uğramayan dövlətlər siyahısında yer almışdır. Bizim bütün amalımız, canımız, qanımız, Allahımız puldur. Belə davam edəcəksə bizim qara günlərimiz hələ qabaqdadır. Allah da bizdən üz döndərib.