Menu

Krımdakı rus hərbi aerodromunda partayış baş verib – VİDEO

17.04.2024, 12:45
Krımdakı rus hərbi aerodromunda partayış baş verib  – VİDEO

Aprelin 17-nə keçən gecə Krımın Cankoy şəhərində bir neçə güclü partlayış baş verib.

“AzPolitika” xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıblar.

Məlumata görə, partlayışların ardından Cankaydakı hərbi aerodromda yanğın baş verib. Hələlik hadisənin dəqiq səbəbi məlum deyil.

Qeyd olunur ki, Cənub Hərbi Dairəsinin 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Komandanlığının 27-ci qarışıq aviasiya diviziyasının 39-cu helikopter alayı məhz bu aerodraomda yerləşir. Həmçinin hücum zamanı aerodrom ərazisində - “Mi-8”, “Mi-35M”, “Mi-28” və “Ka-52” tipli helikopterlərin olduğu bildirilib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol