Menu

İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb

18.04.2024, 19:13
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

DİN-dən bildirilib ki, tədbir zamanı Masallı rayon sakini Faiq Gözəlov Hacıqabul rayonu ərazisində saxlanılıb. Ondan 12 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib.

F.Gözəlov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Yaşar” adlı şəxsin göstərişi ilə əldə etdiyini bildirib. O, narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Şərhlər

Eli 2024-04-18 19:54:15

Mence ancaq narkomaniyanın qarşısının alınması üçün ölkede ölüm hökmünün qüvveye minmes çıx düzgünce n olar yoxsa cemiyyet ve genc nesil mehv olacaq,hümanist qanunlarlz bu mesele hell olunmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol