İsrail və İran yeni qarşılıqlı zərbələr endirmək niyyətində deyillər.
“AzPolitika” xəbər verir ki, bunu CNN telekanalı kəşfiyyat xidmətlərindəki mənbələrə istinadla xəbər verib.
Kanalın qeyd etdiyi kimi, “hücumlar silsiləsi bitdi”. CNN-ə danışan mənbə bildirib ki, İsrail dövlətinə aid edilən hücuma cavab olaraq İranın İsrailə zərbəsi gözlənilmir.
Bundan əvvəl Amerikanın ABC telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadla İsrailin İran ərazisindəki obyektə raket zərbəsi endirdiyini bildirmişdi.
Öz növbəsində İran mediası cümə günü yerli vaxtla təxminən saat 03:00-da İsfahan əyaləti üzərində PUA-ların aşkarlanması barədə məlumat yayıb. İran dövlət televiziyasının məlumatına görə, İsfahan səmasında İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən üç PUA vurulub. “Tasnim” agentliyinin məlumatına görə isə İran ərazisinə heç bir raket zərbəsi endirilməyib.
“AzPolitika.info”


Şərhlər