Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə bərkitmə işlərinin aparıldığı barədə görüntülər yayılıb.
Bildirilib ki, işlər təhlükəsizlik qaydalarına riayət olunmaqla aparılır.
Sakinlər İTV-yə bildiriblər ki, binanın bünövrəsi zəif olduğundan artıq əyilməyə başlayıb. Odur ki, ərazidə quyu qazılıb, bərkitmə işləri görülür.
Tikintini aparan işçilər isə öz növbəsində söyləyiblər ki, təhlükəsizlik qaydaları pozulmayıb.
Lökbatan qəsəbəsi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələri də ərazidə olublar. Onların sözlərinə görə, hazırda bərkitmə işləri bina 26-da aparılır. Növbə ilə deformasiyaya uğrayan digər binalardakı probemlər də aradan qaldırılacaq.
Daha ətraflı İTV-nin süjetində:

Şərhlər
Binanın altını deşib ora bir-iki kub beton inyeksiya etməklə guya bərkitmə işləri aparırlar. Gülüncdür. İynə ilə düzələsi olsaydı Türkiyədə zəlzələ zamanı əyilmiş binaların hərəsinə bir iynə vurub sağaldıb dikəldərdilər. Söküb yerə qoymazdılar. Bu filin yanına 2 qram pensillin vurmaq kimi bir şeydir. Hələliksə tragi-komik mənzərə onu göstərir ki, məsul tərəflər problemi küçümsəmək, bəzi kosmetik-illuziyanik gedişlər sərgiləməklə sakinlərin başının altına yastıq qoyub qaçmazdan öncə bəzi işlərini sahmana salmaq üçün vaxt qazanmaq fikrindədirlər. Bunlar bir tərəfə qalsın, siz təşvişə düşmüş şəxslərin ictimaiyyətdə təəccüb yaratmaq üçün gündəmə gətirdikləri dəzgaha baxın. Betontökəndən çox II Yekaterinanın mancanağına bənzəyir.
Yalan məlumatdır .İnsanlar sosial problemlər məngənəsində sıxıldığı üçün gözləri çəpləşib ,vücudları əyilib .Bizdə çapıb talayanı tutmurlar ,tutsalar bir-iki fəhlə tutacaqlar ,ona görə narahat olmayın .Bata-bat təzə başlayır
Yalnız Lökbatanda deyil,şəhər içindəki bəzi hündür binalara baxanda adi gözlə də əyilmə görmək mümkündür.Harada boş deşik görüncə oraya dərhal lövbərlərini atıb göydələn tikəndə belə olar.Ümumiyyətlə,Lökbatanda,Ceyranbatanda göydələn tikilməsə yaxşı olar,dədə-babadan həyət evləri olub oralarda,o vaxtkı kişilər "batan" sözünü boşuna işlətməyiblər ki toponimdə.Bir yerin adında ki bathabat var,orada ağır "tonnajlı" evlərin tikilməyi nə dərəcədə doğrudur?
Bu binaları tikən cavabdeh şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır! Bunalar əyilib nədir? Özüdə hamısı. Belə rahat və məsuliyyətsiz yanaşmaq olmaz.