Menu

“Ukrayna təcili 250 min əsgəri səfərbər etməsə..." - Röpke

22.04.2024, 15:45
“Ukrayna təcili 250 min əsgəri səfərbər etməsə..." - Röpke

Yardım və silahla yanaşı, Ukraynanın təcili səfərbərliyə ehtiyacı var.

“AzPolitika” xəbər verir ki, bu barədə Almaniyanın “BILD” nəşrinin hərbi analitiki Yulian Röpke “X” sosial şəbəkə hesabından paylaşım edib.

O, sözügedən paylaşımında bildirib ki, cəbhədə tükənmiş ordu bölmələrinin gücləndirilməsi təcili ehtiyac var.

“Ukrayna 250 min hərbçi səfərbər etməsə, Amerikanın bütün pulları, Qərbin dəstəyi, bütün silahları kömək etməyəcək. Rusiya qoşunları Oçeretinoya çatıb", - Röpke bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol