Menu

Rusiyadan dizel ixracı kəskin azalıb - Ukraynanın neft zavodlarına zərbələri öz sözünü deyir

22.04.2024, 18:02
Rusiyadan dizel ixracı kəskin azalıb - Ukraynanın neft zavodlarına zərbələri öz sözünü deyir

Ukrayna PUA-larının Rusiya ərazisindəki Neft Emalı Zavodlarına vurduğu zərbələr öz nəticəsini verməkdədir. Belə ki, Rusiyanın xaricə dizel yanacağı ixracı kəskin şəkildə azalıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, 8-14 aprel tarixlərində, bir həftə ərzində digər ölkələrin limanlarına gələn Rusiya dizel yanacağının həcmi əvvəlki həftə ilə müqayisədə iki dəfə azalaraq 604 min ton təşkil edib.

Ən böyük həcmlər Novorossiysk, Primorsk və Taman limanlarından göndərilib ki, bu da müvafiq olaraq 31%, 28% və 19% təşkil edib.

Qeyd olunur ki, 8-14 aprel tarixlərində Rusiya dizel yanacağının tədarük edildiyi həcmlərə görə ən böyük ölkələr Türkiyə və Braziliya olub. Onlar tədarükün 62%-ni təşkil edir.

Eyni zamanda, ötən həftə Türkiyə limanlarına daxil olan Rusiya dizel yanacağının həcmi 45% azalaraq 215 min tona düşüb.

Bundan əlavə, ötən həftə Braziliya limanlarında Rusiya neft məhsullarının daxilolmaları 65% azalaraq 84 min ton təşkil edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol