Menu

"Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib" - Rusiya Prezidenti

22.04.2024, 21:26
"Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib" - Rusiya Prezidenti

Heydər Əliyev Baykal-Amur magistralı layihəsinin reallaşması üçün əlindən gələni edib.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və BAM-ın veteran inşaatçıları ilə birgə görüşündə deyib.

“Heydər Əliyev xüsusi şəxsi keyfiyyəti və bacarığı ilə bu layihənin həyata keçməsində mühüm rol oynayıb”, - Putin bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, bu gün Baykal-Amur magistral xətti bütün 21-ci əsr üçün logistikanı müəyyənləşdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol