Menu

BRİTANİYADAN UKRAYNAYA BÖYÜK DƏSTƏK - 500 milyon funt-sterlinqlik hərbi yardım paketinə nələr daxildir?

23.04.2024, 16:43
BRİTANİYADAN UKRAYNAYA BÖYÜK DƏSTƏK - 500 milyon funt-sterlinqlik hərbi yardım paketinə nələr daxildir?

Böyük Britaniya Ukraynaya 500 milyon funt-sterlinq dəyərində hərbi yardım paketinin ayrıldığını elan edib.

“AzPolitika” xəbər verir ki, bu barədə B. Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, B. Britaniya Ukraynaya indiyə qədərki ən böyük hərbi yardımını etməyə hazırlaşır. Bildirilib ki, Ukraynaya 400-ə yaxın hərbi maşın, 1600 zirehli texnika və 4 milyon döyüş sursatı göndəriləcək.

Bu yardım çərçivəsində Ukraynaya göndəriləcək 400 maşın arasında 160 “Husky” zirehli personal daşıyıcısı olacaq. Göndəriləcək 1600 hərbi texnika arasında isə uzaqmənzilli "Storm Shadow" raketləri də olacaq.

Məsələ ilə bağlı açıqlama verən Baş nazir Rişi Sunak Rusiyaya qarşı Ukraynanın dəstəklənməsinin bütün Avropanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.

"Putinin bu müharibədə qalib gəlməsinə imkan versək, o, Polşa sərhədində dayanmayacaq", - Sunak deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol