“Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasındakı əməkdaşlığa və türk dövlətləri arasındakı interqasiyaya töhvə verəcək”.
“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert xatırladır ki, bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekə səfər edərək Qırğızıstan prezidenti ilə görüşmüşdü:“Türk inteqrasiyasının nüvəsini Türkiyə-Azərbaycan ittifaqı təşkil edir. Qazaxıstan və Özbəkistanın türk ittifaqına marağı artıb. Astana və Daşkənd Moskva və Pekinlə sıx münasibətlərə malik olsalar da, xarici və təhlükəsizlik siyasətini şaxələndirməyin doğru olduğu qənaətindədirlər”.
Politoloq vurğulayır ki, Qırğızıstan da bu prosesdə geri qalmaq istəmir.
“Qırğızıstan Özbəkistan və Qazaxıstan qədər imkanlı dövlət olmasa da, Bişkek Astana və Daşkənd kimi Qarabağda əlini daşın altına qoymağa qərar verib, Ağdamın Xıdırlı kəndində məktəb binasının tikintisini həyata keçirəcək”, - o qeyd edib.
“AzPolitika.info”


Şərhlər