Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq.
Sözügedən ərazilərlə yanaşı, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində də yeni layihənin icarsı ilə əlaqədər evlər plana düşüb.
Bizimlə söhbət zamanı sakinlər bildirdi ki, söküntü ilə bağlı hazırlıq işlərinə də başlanıb.
Sakinlər deyir ki, söküntü işləri zamanı ödəniləcək kompensasiyanın məbləği ilə bağlı hələ onlarla danışıq aparılmayıb.
Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, söküntü ilə əlaqədar sözügedən ərazilərdəki həyətyanı sahələrdə artıq ölçmə işləri aparılıb.
Həmin küçələrdə yaşayan sakinlər digər ərazilərə köçürüləcək. Layihəyə əsasən, ərazinin yaxınlığında yerləşən "Sevgi Parkı"nın genişləndirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Şərhlər
Mən 10 il Atam rəhmətliyin çalşdığı ucqar kənddə, 18 yaşıma qədər Atamın doğulduğu şəhərdə və 44 ildir Bakıda yaşayıram. Hər məkan *Mərkəz-Dayaq*dan qurulur, ətrafının inkişaf etdikcə, ahəndar-harmonca qurulan görmüşük! SSRİ buraxılandan 30, yüksək neft gəlirləri sağa-SOLA paylanandan 25 il keçir və hələ də Bakının kiçicik belə mərkəzi tam yenilənməyib, *ziir-zibil*dən azad edilməyib???