Menu

Avro-2024: Azarkeşlər üçün yeni QADAĞA

28.04.2024, 18:22
Avro-2024: Azarkeşlər üçün yeni QADAĞA

Futbol üzrə Avropa çempionatının oyunları zamanı stadionlarda olacaq azarkeşlərə özləri ilə yemək gətirmək qadağan ediləcək.

Məlumata görə, istənilən qida, o cümlədən meyvələr qadağandır.

Bildirilir ki, bu qadağa ənənəvi alman mətbəxinin satışını artırmaq üçün tətbiq edilib.

Qeyd olunur ki, bir insanın tibbi səbəblərə görə bu və ya digər qidaya ehtiyacı olarsa, o zaman istisna hal sayılacaq və həmin qidaların gətirilməsinə icazə veriləcək.

Xatırladaq ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol