Menu

Netanyahu həbs oluna bilər – ABŞ nəşrindən şok iddia

29.04.2024, 11:14
Netanyahu həbs oluna bilər – ABŞ nəşrindən şok iddia

Beynəlxalq Cinayət Məhkəməsi İsrail və HƏMAS-ın yüksək səviyyəli rəsmilərin həbsinə order verməyə hazırlaşır.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri məlumat yayıb.

Məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, həbs qərarında adı hallananlar arasında İsrail Baş naziri Benjamin Netanyahu da var. HƏMAS-dan kimin ittiham oluna biləcəyi və hansı cinayətlərə istinad ediləcəyi isə hələlik bəlli deyil.

Qeyd olunur ki, belə bir qərarın qəbul olunması İsrailin Qəzza siyasətində ciddi dəyişikliyə səbəb ola bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol