Menu

Naxçıvan gömrükçüləri 21 kiloqramdan artıq heroin aşkar edib

29.04.2024, 14:20
Naxçıvan gömrükçüləri 21 kiloqramdan artıq heroin aşkar edib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada, ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Reallıq 2024-04-29 15:40:33

Bəs sonra?Bu heroinin talei nə oldu?Kimə satmaq üçün ötürüldü?Yoxsa aşkarcasına rəsmən məhv edidi?.Komissiya,fakt işıqlandırldı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol