Menu

NAZİR ÖLKƏYƏ YENİ BAŞ NOTARİUS TƏYİN ETDİ - Abbasov vəzifəsindən azad olunub

01.05.2024, 08:55
NAZİR ÖLKƏYƏ YENİ BAŞ NOTARİUS TƏYİN ETDİ - Abbasov vəzifəsindən azad olunub

Ədliyyə Nazirliyinin Notariat İdarəsinə yeni rəis təyin edilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə Süleymanov Anar Bahadır oğlu Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini təyin olunub.

Ədliyyə Naziriliyinin Notariat İdarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov isə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Anar Süleymanov 2020-ci ilə qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.//Qaynarinfo

Şərhlər

Dölətini seən 2024-05-08 22:00:39

Şəki Məhkəmə qərarlarının icrası şöbəsinin müdiri Məzahir Məmmədov şəxsi əmlakı kimi idarə edir. Heç bir hüquqi təhsili yoxdur, Dağıstandan diplom alıb. pul gücünə səndələşdirə bilib ? Hüç rus dilinidə bilmir və Hərbi xidmətədə getməyib.Məzahir 7 qardaş olmasına baxmayaraq heç biri hərbi xidmətə getməyiblər, pulun gücünə. X.e, Məzahiri işdən uzaqlaşdırasınız , çünki savadlı kadrları məhv edir ...!

Mürşüd 2024-05-01 16:11:55

Gəlirli yerlərə öz adamlarnı gətormək üçün.Axə natariuslar nəğd pulla işləyir.Orada əlavə yerdəyişmələr,yeni işçilər və sair.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol