Menu

“ABŞ səfiri Gürcüstanda inqilaba dəstək verib” – Baş nazir Blinkenin müaşviri ilə sərt danışdı

03.05.2024, 14:47
“ABŞ səfiri Gürcüstanda inqilaba dəstək verib” – Baş nazir Blinkenin müaşviri ilə sərt danışdı

“Tbilisi və Vaşinqton “Xarici agentlər haqqında” qanun layihəsi ilə bağlı fikir ayrılıqları fonunda münasibətləri bərpa etmək üçün səy göstərməlidir”.

“AzPolitika” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət katibinin müşaviri Derek Şolla telefon danışığında deyib.

“Mən cənab Şolla izah etdim ki, belə bir fonda münasibətləri bərpa etmək üçün xüsusi səylər tələb olunur. Bu, ədalətli və dürüst yanaşma olmadan mümkün deyil”, - Kobaxidze “X” sosial şəbəkəsində yazıb.

O, həmçinin bildirib ki, Şolle ilə telefon danışığında ABŞ-ın Tbilisidəki keçmiş səfiri Kelli Deqnanı 2020-2023-cü illərdə Gürcüstanda baş verən inqilabi proseslərə dəstək verməkdə ittiham edib.

“Mən ABŞ-ın keçmiş səfirinin 2020-2023-cü illərdə iki inqilabi cəhddə, eləcə də xaricdən qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi təşkilində əlinin olmasından səmimi məyusluğumu bildirdim”, - Kobaxidze yazıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol