Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi qurumun fəaliyyətindəki, yumşaq desək, ciddi qüsurlar barədə mütəmadi olaraq çoxsaylı faktlar və şikayətlər dərc edilir. Buna baxmayaraq, Təhməzlinin şəxsi biznesində hər şeyin rəvan getdiyi məlum olur.
“AzPolitika” xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli son “feysbuk” paylaşımlarında Təhməzlinin tikinti biznesilə bağlı maraqlı faktlar dərc edib: “Təhməzlilər Bakının mərkəzində, Keykab Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı “MURAD RESİDENCE”dir. Yəni, Murad Təhməzli Residense!

Binanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş "MURAD-T" MƏNZİL TİKİNTİ KOPERATİVİ həyata keçirir.
Cavidan İmanov professor Nazim İmanovun (vaxtilə AMİP-in rəhbərliyində təmsil olunurdu, hazırda isə İqtisadiyyat İnstitutunun direktorudur-red.) oğludur. Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya, və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus, Cavidan İmanovun qanuni təmsilçisi olduğu "LİMAN QRUP" isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb.

O, 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus “FTE INTERNATIONAL SOLUTIONS LLP” şirkətinin də direktoru olub. Şirkət 2017-ci ildə ləğv olunub.
Mən o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?!
AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reydlər və "təhlükəsizlik radarına" kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur. Ölkədə İrandan gətirilən spirtlə hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir.

Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışında Təhməzlinin təkzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir.
Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir?
Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq”.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Şəki-Bazarın ətrafında kiçik köşklərdə antisanitariya vəziyyətində peraşki, dönər bişirib satırlar.. Həmin köşklər Cahangir Nəbiyevə və ləzgi Abidə məxsusdurlar. X.e. antisanitariya vəziyyətində bişirilən Peraşki və Dönərin camaatın yeyib xəstələnməsinin qarşısını alın ?
Şəkidə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının fəaliyyəti olduqca dözülməz vəziyyətdədir ! Onlar özləri üçün çalışırlar, heç bir yerə nəzarət etmirlər.............?
Niyə Azərbaycanı bunlar belə hala saldılar?..
Hər yerdə dözülməz bir vəziyyətdir, Şəki də Mərkəızi Rayon Xəstəxanasının qabaq hissəsində Qəzet köşkü adı ilə köşçk qoyaraq, orda antisanitariya qaydasında Peraşki, Dönər bişirib satırlar. Qəzetlərdən artıq Dönər və Peraşki iyi gəlir. QTA yerli nümayəndələri bu dözülməz vəziyyətə biganə qalırlar ! Səbəbini özləri bilirlər !
Təhməzli qardaşları korrupsiya yuvasıdırlar. Hamısı belədir. MİDA-nı , AQTA-nı çalıb çapırlar. Tikinti , tibb ( Medeks klinikası , tibbi avadanlıqların alveri ) və saire . Bu qardaşlar korrupsiya işbazlarıdır. Dövlətin və millətin çanına daraşmış qarayaradırlar.
Azərsunun məhsullarının hamısı,mənşəi məlum olmayan "kərə" yağları,yenidən pakeylənən istifadə müddəri keçmiş ərzaqlarım,Palma yağının idxaıdan sonrakı talei,mineral sulların qeyri minerallığı,hazır ərzaq məhsullarında istifadə edilən yağ və şəkətin uiğunluğu və sair kimi problemlər AQTA-nın gündəliyində niyə yoxdur.Bu hallarla AQTA n niyə göz yumur? Deməli AQTA üçün rüşvət və ya yuxarıdan tapşırıq əhalinin sağlamlığıdan vacibdir?
Biri var idi, biri yox idi, vaxtı ilə Gədəbəyin Ramiz Bağırov adlı başçısı var idi. Rayonu, əhalini, mal-qaranı boğaza yığmışdı,. İnsanlar Allaha yalvarırdılar ki, onu vəzifədən azad etsinlər. Bu adam rayonun üz qarası idi. Rayonun bazarında Sahib adlı keçmiş bir musavatçı var idi, cəbhəçilər atdan düşəndən sonar o, bazarda xırda alverlə məşğul idi, eynu zamanda hazırcavablığı ilə seçilirdi. Lotular Sahibdən soruşurlar ki, ay Sahib sən ağıllı adamsan, de görək bu başçını nə zaman rədd edəcəklər? Sahib cavabında söyləyir ki, “bundan axmağını, yaramazını axtarırlar, tapan kimi vəzifədən götürüləcək”. Belə də oldu, sonra təyin olunan əvvəlkindən də axmaq oldu. Camaat az qala Sahibi Vanqa ilə eyniləşdirdilər. Üzeyir bəyə Allah rəhmət eləsin. “O olmasın, bu olsun” filmində Sərvər Məşədi İbadın əlindən qaçanda (yaxşı ki, qaçmağa imkan tapdı. Məşədi İbad qoca kişidir, sonrası bədbəxtçiliklə qurtara bilərdi) Məşədi İbad qoçulara müraciət edir: Bu gəlini gətirəndə baxmadınız bu arvaddır, yoxsa kişi? Hərdən fikirləşirəm, bu Agentliklərin, nazirliklərin, Komitələrin rəhbərlərini vəzifəyə təyin edəndə (qoyanda) hansı meyarlar əsas götürülür? Onlar hansı mənsəbə xidmət edirlər? Korrupsiya baş alıb gedir, qanımıza, canımıza, iliyimizə qədər sirayət edib. Bir sözlə, ölkə korrupsiyanın girdabında boğulur. Əgər əlaqəli qurumlar bu biyabırçılığı görmürlərsə, daha doğrusu görmək istəmirlərsə, vay onların, sonar da bizim halımıza. Azpolitika bu şərhi verməsə, o qənaətə gələcəyəm ki, Azpolitikanın özü də onlara dəstək verir. Maraqlı bir detalı da qeyd etməyi özümə borc bilirəm. Vaxtı ilə müxalifət kimi fəxr etdiyimiz Etibar Məmmədov və onun zuy tutanı Nazim İmanov. Etibar Məmmədov artıq oliqarxa çevrilib, varidatının sayı ölçüyə gəlməz, qızı isə Türkiyənin paytaxtında Qazi xəstəxanasında işləyir (bəlkə savadına, qabiliyyətinə görə buna layiqdir). Professorun oğlu isə Qoşqar Təhməzlinin şirkətlərinə rəhbərlik edir. Bizdə müxalifət də bir müxalifət deyil. Görəsən Korrupsiyaya qarşı mübarizə boş idarəsi hara baxır? 1-2 tramvay altında qalmış müəllimi, jek işçisini məsuliyyətə almaqla vəzifəsinin bitmiş hesab edir? Bir sözlə, yekun olaraq Cəlal Məmmədova həmişəki kimi təşəkkürlər, Baş prokurorluğun üzərinə isə korrupsiyaya qarşı mübarizə düşür.
BU ORQANIN FƏALİYYƏTİNDƏN ƏHALİNİN 99 FAİZİ NARAZIDIR VƏ ONLAR HAQQINDA XOŞ SÖZ DEYƏNƏ RAST GƏLMƏDİM.SATIŞDA OLAN YAĞLAR,ƏRZAQLAR İNSANLARIMIZI ZƏHƏRLƏYİR.
Göydən yağış-qar əvəzinə gecə-gündüz qızıl imperiallar yağsa bizim məmurlar yenə doymazlar,inanmadıqları Allaha yalvararlar ki dörd fəsli ikiyə endir,qoy həmişə payız və qış olsun Azərbaycanda,çünki biz məmurlar həyatın mənasını yalnız yeyib içib əylənməkdə görürük deyə yalnız küplərimizi dolduranda yaşayırıq.
Əslində ölkədə AQTA-nın təmiz və nizamnaməsinə uyğun fəaliyyətini görən olmayıb.AQTA rüşvət yuvasından o yana keçməyib.Saxya veriən sertifikat və icazələrdən rüşvət topımaqla məşğldurlar.bunu satışa buraxılan ərzaq,sular,gazır məhsullar.insanların dsğlsçlığının getdikcə korlanması sübut edir.Yığılan rüşvətlər isə AqTA rəhbətliyinə məxsus firma və şirkətlərə öyürülüb laə gəlir gətirmək üçün istifadə olunur.Bir diqqət edin 100 manat kapital olan şirkət necə 15-16 mərtəbəli bina tikə bilər?Nəs ölkənin nəzarət orqanları niyə bunları aşkar etmıək stəməyib?
Hörmətli Cəlal ,Təhməzli həmdə kəfən istehsalı ilə məşğuldur ,ona görə nə qədər çox insan zəhərlənib ölsə o qədər biznesi genişlənir