Menu

“ABŞ Gürcüstandakı demokratik geriləmədən dərin narahatdır” – Cek Sallivan

11.05.2024, 13:38
“ABŞ Gürcüstandakı demokratik geriləmədən dərin narahatdır” – Cek Sallivan

“Birləşmiş Ştatlar Gürcüstandakı demokratik geriləmədən dərin narahatdır. Vaşinqton hesab edir ki, Tbilisinin ya Kremlin üslubunu xatırladan “Xarici agentlər” qanun layihəsini, ya da xalqın Avro-Atlantik istəklərini dəstəkləmək seçimlərii var”.

“AzPolitika” xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan “X” platformasında yazıb: “Biz Gürcüstanda demokratiyanın geri çəkilməsindən dərin narahatıq”, - o vurğulayıb.

ABŞ gürcü xalqını dəstəkləyir, Sallivan əlavə edib.

Qanun layihəsində nəzərdə tutulur ki, maliyyə vəsaitinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar “xarici təsir agentləri” kimi qeydiyyatdan keçməlidirlər. Bu, Gürcüstanda siyasi böhrana səbəb olub və minlərlə insan bu qanun layihəsinin geri götürülməsini tələb edərək küçələrə çıxdı. Gürcüstan parlamenti bazar ertəsi, mayın 13-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü və yekun oxunuşuna səs verəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol