Menu

İsveçrə Avroviziya-2024”ün qalibi olub - VİDEO

12.05.2024, 03:00
İsveçrə Avroviziya-2024”ün qalibi olub - VİDEO

İsveçrə 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi olub.

APA xəbər verir ki, İsveçdəki Malmö Arenada keçirilən yarışda ölkə təmsilçisi Nemo "The code" mahnısını səsləndirib.

İsveçrə təmsilçisi 591 xal toplayıb.

Yarışmada Xorvatiya 547 xalla ikinci, Ukrayna isə 453 xalla üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 7-də, ikinci yarımfinalı isə 11-də keçirilib.

Birinci yarımfinalda mübarizəni dayandıran Azərbaycan təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə çıxış ediblər.

***

İsveçdə 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin finalı başlayıb.

APA xəbər verir ki, Malmö Arenada keçirilən yarışda 26 ölkə mübarizə aparacaq.

Finalçıların siyahısı aşağıdakı kimidir:

Kipr

Serbiya

Litva

İrlandiya

Ukrayna

Xorvatiya

Finlandiya

Portuqaliya

Lüksemburq

Sloveniya

Yunanıstan

İsveçrə

Avstriya

Latviya

Gürcüstan

Estoniya

İsrail

Norveç

Niderland

Ermənistan

Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveç birbaşa finala çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol