Menu

Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb

12.05.2024, 10:36
Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb

Böyük Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb.

APA-nın xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial hesabında məlumat yayıb.

Dəyəri 0,5 milyard funt-sterlinq olan növbəti hərbi yardım paketinə atıcı silahlar üçün 4 milyon ədəd güllə, 1600-dən çox zərbə və zenit raketləri, 400 nəqliyyat vasitəsi, o cümlədən 162 zirehli maşın daxildir.

Bu, müharibə başlayandan Britaniyanın Ukraynaya ayırdığı ən böyük hərbi yardım paketidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol