Menu

Azərbaycan atleti qızıl medal qazandı

12.05.2024, 23:48
Azərbaycan atleti qızıl medal qazandı

Atletika üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatının ikinci günündə də uğurlu çıxışlarını davam etdiriblər.

Üç təkanla tullanma yarışında Rüstəm Məmmədov 15.93 metr göstərici ilə yadda qalıb.

Bu nəticə ilə bütün rəqiblərini geridə qoyan atlet yarışın qalibi olub.

Bu növdəki digər təmsilçimiz Cabir Əliyev 7-ci yeri tutub.

Xatırladaq ki, yarışın ilk günündə Nazim Babayev uzunluğa tullanmada 2-ci olub.//Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol