Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Qurbanlı Oktay Şahin oğlu və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Cümiyev Turqut Tofiq oğlu dava zamanı bıçaqlanıb.
Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Yaralılar restoranda ofsiant işləyir.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Şərhlər
Bunlar üçün deyil,ümumiyyətlə ofisiantlar üçün bir insan kimi məsləhətim var:restorana,kafeyə qız-gəlinlə gələn olanda o qız-gəlinlərə gələcək məşuqəniz ümidiylə yox,müştəri kimi yaxınlaşın,ağzınızın suyunu yığışdırmağı bacarın.Sizə də qız lazımdırsa gedin biriləriylə tanış olun,sevişin,hansı restorana istəsəniz aparın,amma başqalarının yanındakıyla göz-qaşla,him-simlə,telefon mesajlarıyla mazaqlaşmayın ki,sonunda belə xoşagəlməz hadisələr baş verməsin.