Şimali Koreya lideri Kim Çen In ölkəsinin yeni taktiki raket sistemlərinin saxlanıldığı hərbi anbara baş çəkib.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayımlanıb.
Sözügedən videoda Pxenyanın "Hvasong-11D" ballistik raket sistemləri də görüntülənib. Bu raketin uçuş məsafəsinin 100-180 kilometr aralığında olduğu bildirilir.
Qeyd edək ki, Ş. Koreyanın üst səviyyəli bu qədər raketə sahib olması sosial şəbəkələrdə böyük marağa səbəb olub.
"AzPolitika.info"


Şərhlər