Ukrayna ordusu dünən gecə Rusiyanın Krımda yerləşən hərbi infrastrukturuna raket zərbələri endirib.

“AzPolitika” xəbər verir ki, hərbi hava qüvvələrinin strateji bazası sayılan Belbek aerodromuna bir neçə ATACMS mərmiləri düşüb.

Nəticədə 1 MiQ-31 məhv edilib, 3 Su-27, eləcə də 2 S-300 hava hücumundan müdafiə sistemi zədələnib.

“AzPolitika.info”

***

Mayın 15-nə keçən gecə Ukrayna ordusu Krım yarımadasındakı hərbi hədəflərə kütləvi raket zərbələri endirib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Sevastopol, Simferopol, Baxçasaray və Yevpatoriyada güclü partlayışlar baş verib.

Yarımadada raket təhlükəsi elan edilib. Yerli sakinlər Krıma azı 20 raketin düşdüyünü iddia edirlər. Rusiya tərəfi Krım səmasında “ATACMS” raketini vurduğunu bildirib. Ukrayna rəsmi orqanları isə hələ ki, hücum barədə heç bir şərh vermir.

“AzPolitika.info”