Menu

“Azərbaycan emal zavodları üçün xaricdən neft alır” – “Hökumət səylərini ikiqat artırmalıdır”

16.05.2024, 16:45
“Azərbaycan emal zavodları üçün xaricdən neft alır” – “Hökumət səylərini ikiqat artırmalıdır”

“Bu il AR Dövlət Neft Fonduna neftin satışından gələn gəlirlər təqribən 5 mlrd. dollar təşkil edəcək”.

“AzPolitika” xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Ekspert xatırladır ki, son 17 ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından dövlətin mənfəət şəklində əldə etdiyi ən aşağı qazanc 2020-ci ildə olmuşdu – 3.52 milyard dollar. “Çünki həm neft qiymətləri kəskin azalmışdı, həm də 1942-ci ildən bəri ilk dəfə Azərbaycan inzibati yolla hasilatı azaltmışdı”, - o əlavə edib.

İ.Şaban onu da qeyd edir ki, 2022-ci ildə neftin gətirdiyi mənfəət 10 mlrd. dollar, ötən il isə 6 mlrd. dollardan bir qədər çox olub: “Yəni biz onu müşahidə edirik ki, mənfəət neftinin dəyəri son 5 ildə qeyri-stabildir. Çünki qlobal bazarlar təlatümlü dövrünü yaşayır və azalmağa meyllidir”.

Bəs növbəti 5 ildə neftdən gəirlər necə olacaq?

Ekspert vurğulayır ki, gəlirlər azalacaq, çünki hasilat azalır. “Nə qədər qazana biləcəyimiz isə dünya bazarındakı qiymətlərdən asılı olacaq Əgər neftin orta qiyməti hər ixrac etdiyimiz barrel üçün 70 dollardan az olmayacaqsa, onda ildə orta hesabla 3,5-4 mlrd. dollar qazanmaq şansımız var”.

İlham Şaban bildirir ki, Azərbaycan ötən ildən özünün emal zavodunun ehtiyaclarını ödəmək üçün xam neft idxal etməyə başlayıb. Onun sözlərinə görə, həcmlər hələ kiçikdir, amma ildən-ilə artacaq: “Azneft”in hasil etdiyi neft 2025-ci ildən sonra yaxın beşillikdə təqribən 2 mln. ton azala bilər, çünki yataqların çıxarıla biləcək ehtiyatları get-gedə azalır”.

Mütəxəssis qeyd edir ki, gələcəkdə Azərbaycanın yeni xərc maddəsi - xam neftin idxalı üçün çəkilən xərclər yaranacaq. Onun sözlərinə görə, buna görə də neftdən kənar iqtisadiyyatın inkişafı üçün hökumət səylərini ikiqat artırmalıdır.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-05-17 10:54:02

Ölkəmizdə benzinin ucuz olmaması üçün biz neftimizi xarici ölkələrdə tikdiyimiz neftayırma zaodlarına xammal olaraq göndərməliyik ki,o zavodlarda neftdən aldığımız benzini o ölkələrdən gətirmişik adıyla gətirib ölkəmizdə dünya qiymətinə sırıya bilək millətə.

Azərbaycanlı 2024-05-17 09:22:21

Bu ikibaşlı oyunun mənası çoooox qaranlıqdır.bir yamdan Azərbaycan xaricə neft sarır,digər tərəfdən xaricdən nefy alır.ikicisi Azərbaycan öz neftini Rumıniyaya göndərir oradan bebzin alır.Bu oyunların
mənası,,mahiyyəti anlaşılan deyl.Hələ Rumıniyada zavodun kimə mənsyb olması da sual doğurur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol