Menu

Moldovada Aİ-yə üzvlüklə bağlı referendum təyin edildi

16.05.2024, 23:15
Moldovada Aİ-yə üzvlüklə bağlı referendum təyin edildi

Moldova parlamenti respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya referendumunun keçiriləcəyi tarixi açıqlayıb.

Bu qərarı hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatları qanunverici orqanın iclasında qəbul ediblər.

“Konstitusiya üzrə respublika referendumu 2024-cü il oktyabrın 20-nə təyin edilsin”, - deyə qərarda bildirilib. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol