Türkiyə ilə azad ticarət müqaviləsini ləğv edib, türk mallarının idxalına 100 faiz gömrük rüsumu tətbiq edəcəyik.
“AzPolitika” xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç “Reuters”-ə müsahibəsində deyib.
Qurum rəsmisi planın təsdiqi üçün Nazirlər Kabinetinə təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, Qəzzadakı soyqrıma görə, daha əvvəl İsrailə 54 məhsulun ixracını qadağan edən Türkiyə Ticarət Nazirliyi bu tədbirlər planının ikinci mərhələsində İsraillə bütün ixrac və idxal əməliyyatlarının dayandırılacağını açıqlayıb.
“AzPolitika.info”


Şərhlər
Bunu təkcə Türkiyə yox, ilk növbədə bütün müsəlman ölkələri etməlidir. Ancaq Israilin oyuncağı olduqlarına görə edə bilmirlər.