Menu

Tayvan Parlamenti qarışdı - Millət vəkilləri arasında qarşıdurma (VİDEO)

17.05.2024, 17:10
Tayvan Parlamenti qarışdı - Millət vəkilləri arasında qarşıdurma (VİDEO)

Tayvan Parlamentində hökumət dəyişikliyi ilə bağlı günlər əvvəl başlayan müzakirələr iqtidar və müxalif deputatlar arasında kütləvi dava ilə sonlanıb.

“AzPolitika” xəbər verir ki, yanvar ayında keçirilən seçkilərdə prezident seçilən Lai Çinq-tenin parlamentdə səs çoxluğu əldə etmədən hakimiyyətə gəlməsi deputatlar arasında gərginliyi artırıb.

Nəzarətin itirildiyi zalda deputatlar spiker kürsüsünə tullanıb, həmkarlarını yerə yıxıblar. Maraqlıdır ki, deputatlardan biri referendumla bağlı verilən səsləri götürərək, parlamentdən qaçıb.

Həmin anları təqdim edirik:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol