Menu

Gürcüstan Çin istehsallı avtomobillər üçün bazar açmağı planlaşdırır

18.05.2024, 17:26
Gürcüstan Çin istehsallı avtomobillər üçün bazar açmağı planlaşdırır

Gürcüstan Çin istehsalı olan avtomobillər üçün bazar açmağı planlaşdırır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Çinin Gürcüstandakı səfiri Çjou Jian bildirib.

Onun sözlərinə görə, bir çox Çin şirkətləri Gürcüstana sərmayə qoymaqda maraqlıdırlar: "Bu bazar Kutaisidə yerləşə bilər, amma bu il açılmalıdır”.

"Çin şirkətlərinin çoxlu investisiya layihələri var və Gürcüstana investisiya qoymaq təhlükəsiz və sərfəlidir", - deyə səfir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol