Növbəti aylarda düyü yenidən bahalaşa bilər. Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ildə ən yüksək göstərici kimi dəyərləndirilir.
İqtisadçı-ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki, düyü ixracında əsas pay sahibi olan ölkələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar məhsuldarlığın xeyli aşağı düşməsi qiymətlərə mənfi təsir edən əsas amillərdən biridir: "Dünya bazarının 40 faizini düyü ilə təmin edən Hindistanın ötən il ixraca qoyduğu məhdudiyyətin davam etməsi də qiymətlərə təsir edir".
Ekspert əlavə edib ki, qiymətlər dəyişdiyinə görə daxili bazarda yenidən bahalaşma olacağı proqnozlaşdırılır. Bu ilin ilk üç ayında ölkəyə dəyəri 20 min dollardan çox, 20 min tona yaxın düyü idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalında 14%-ə yaxın azalma olsa da, məhsulun dəyəri 3,8 faiz artıb.
Ekspert qeyd edib ki, düyünün qiymətində ən yüksək artım ilin əvvəlində müşahidə edilib.
Ətraflı süjetdə:


Şərhlər
Bizd'ə idxal düyümüm satış qitməti ortalama 4 manata .Deməli 98 qəpiklik düyünü bizə 4 manata satırıar.Bu isə alış qiymətindən 4 dəfədən çox yüksəkdir.Burada yol və gömrük xərclərini nəzərə alab olsa .tenə 3 dəfə baha millətə satıldığı bəlli olur.Bəs bu necə nəzarətdir ki, monopolistlər tərəfindən millətin soyulması yada düşmür?Bəs tarif şurası nə ilə məşğuldur? Monopolistlərin gəlirlərini artıtmaq üçün? Axə normal cəmittətlərdə belə olmur!
Nə yenidən bahalaşmayıb ki bu yenidən bahalaşmasın.Enən bir tək yumurtadı hələ ki.Görək nolur axırı,millət özünü vurub yumurtaya,şappaşap yumurta yeyir.Nağarsın?Deyir nə qədər ki bahalaşmayıb,tıxışdırım ki gözüm doysun.Elə biri mən.Vallah səhər yumurta,günorta yumurta,axşam yumurta.Basıram ee.O Leylidi,mən Məcnun.O Əslidi,mən yanıq Kərəm.Mutluyam.
Tonu 648 dollar olan dütünün koloqramı 68 ssent və ya 1manat 16 qəpik edir.Bəs Azərbaycanda bu düyi neçəyə marketlərdə satılır?ü Buna diqqər edən hakimiyyət qurumu varmı?elə hey bahalaşma düşünürsünüz.Bu xalqdan bu hakimiyyət nə istəyir?