Menu

Türkiyədə sərnişin avtobusu dərəyə aşdı - Yaralılar var

19.05.2024, 17:17
Türkiyədə sərnişin avtobusu dərəyə aşdı - Yaralılar var

Bitlis-Van avtomobil yolunda təxminən 20 sərnişinin olduğu avtobus Yoncabaşı kəndi yaxınlığında idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza yerinə təcili yardım, xilasetmə, polis və jandarma qrupları gəlib.

Yaralı sürücü və altı sərnişin avtobusdan çıxarılaraq Tatvan Dövlət Xəstəxanasına aparılıb.

Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Avtobusda olan digər sərnişinlər isə qəza yerinə gələn başqa avtobusla Vana aparılıb.

Mənbə: Haber Global

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol